• $
  • €
  • ₽
  • ₺
  • £

Putin qərarını açıqladı

Putin qərarını açıqladı
08.04.2014 15:09
Rusiya prezidenti Vladimir Putin Gömrük İttifaqının yaradılması ilə bağlı iddiasını yenidən bəyan edib.ANN.Az Modern.az-a istinadən bildirir ki, Kremldə çıxış edən Rusiya prezidentinin bəyan etdiyinə görə, postsovet ölklərinin yerləşdiyi Avrasiya məkanında inteqrasiya prosesi davam edir.“Avrasiya məkanında inteqrasiya prosesi ardıcıl olaraq inkişaf edəcək. İndi gündəlikdə Gömrük İttifaqının genişləndirilməsi məsələsi durur” - deyə Putin vurğulayıb.O, Gömrük İttifaqını “Avrasiya İttifaqının yaradılmasına aparan çıxış” adlandırıb.“Gömrük İttifaqının genişləndirilməsi daha yüksək inteqrasiya səviyyəsi olan Avrasiya İqtisadi İttifaqının yaradılmasına aparır və bu proses uğurla nəticələnəcək” - deyə Putin vurğulayıb.Qeyd edək ki, Ukrayna böhranından sonra Rusiya prezidenti ilk dəfədir ki, yenidən Avrasiya İttifaqı ilə bağlı ideyadan danışıb. Müşahidəçilər Krımın ilhaq edilməsindən sonra Avrasiya İttifaqı ideyasının artıq dəfn olunduğunu bildirirdilər. Çünki Ukrayna olmadan Avrasiya İttifaqının perspektivi xeyli dumanlı görünür.Qazaxıstan xarici işlər nazirinini bir neçə gün əvvəl verdiyi açıqlama isə Putinin Avrasiya İttifaqı layihəsində prinsipial mövqe tutduğunu göstərir. May ayında Qazaxıstan artıq Avrasiya İttifaqının yaradılması barədə sazişi imzalayacağını bəyan edib.Xatırladaq ki, Azərbaycan Gömrük İttifaqına daxil olmaqdan imtina edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol