• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan prezidenti Saakaşvilini əff etməyə tələsmir

Gürcüstan prezidenti Saakaşvilini əff etməyə tələsmir
28.12.2022 19:27
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, keçmiş prezident Mixail Saakaşvilini öz fərmanı ilə əfv edib-etməyəcəyi ilə bağlı suala "cavab cavab verildikdən sonra veriləcək”.

Bundan əvvəl Zurabişvili heç bir halda Saakaşvilini əfv etməyəcəyini bir neçə dəfə vurğulamışdı.

Çərşənbə günü keçirdiyi brifinqdə prezident iqamətgahı yaxınlığında keçirilən aksiyanın bəzi iştirakçılarının hərəkətlərindən narazılığını bildirib. Saakaşvilinin hakimiyyəti dövründə əziyyət çəkmiş iki yüzdən çox aksiya iştirakçısı  Zurabişviliyə onun əfvlə  bağlı öz sözlərini xatırladıb.

"Mən bu aksiyadan xəbər tutanda Saakaşvilinin cinayətkar rejimi ilə bir neçə dəfə döyüşdüyüm bu insanların yanına düşmək istədim, lakin kim tərəfindən idarə olunduqları bilinməyən aksiyaçılar igamətgaha girməyə cəhd etdilər”, - Zurabişvili bildirib.

O, hesab edir ki,  naməlum qüvvələr tərəfindən  "idarə olunan” mitinqçilər prezidentə təzyiq göstərməyə cəhd ediblər.

"Bu təzyiq o insanlardan, o partiyadan gəlir ki, 2007-ci ildə kriminal rejim öz üzünü tamamilə açanda indiki liderləri heç yerdə olmayıb. Bu gün bu insanlar məni müxtəlif formalarda təhdid edir, Saakaşvili ilə necə mübarizə aparmağı mənə öyrədirlər", - Zurabişvili bildirib. .

O, həmçinin bildirib ki, bu gün Gürcüstanda "bir-birinə son dərəcə müxalif olan müxtəlif siyasi qüvvələrin bir növ birgə oyunu gedir”.
 
Lakin onun sözlərinə görə, bu iki siyasi qüvvə Saakaşvilinin Gürcüstana gətirilməsi məsələsində eyni mövqedə durub. 

"Bəziləri Mişanı təxribata çəkdilər - gəl, gəl, sənin üçün küçələrə çıxacağıq dedilər. Digərləri isə gürcü mentalitetindən istifadə edərək Mişanı təxribata çəkiblər - kişisənsə, çalış, gəl dedilər. Hər ikisi Saakaşvilinin gəlişindən razı qaldı. Bir ildən çoxdur ki, Gürcüstanda Saakaşvilidən başqa mövzu olmayıb”, - Zurabişvili bildirib.

Saakaşvili 2021-ci il sentyabrın 29-da gizli şəkildə Gürcüstana gəlib. 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. Sonra Rustavi şəhərindəki həbsxanada, Tbilisidəki həbsxana xəstəxanasında (Qldani rayonu) və Qoridəki hərbi hospitalda idi. 2022-ci il mayın 12-də Saakaşvili müalicə üçün Vivamed klinikasına köçürülüb və bu günə qədər orada qalır.

Gürcüstanda Saakaşvilinin bir neçə cinayət işində əli var. Saakaşvili həbsini qanunsuz hesab edir və ona qarşı irəli sürülən ittihamlar saxtalaşdırılır.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol