• $
  • €
  • ₽
  • ₺
  • £

İranda Avropa Birliyinin nümayəndəliyi açılacaq

İranda Avropa Birliyinin nümayəndəliyi açılacaq
01.04.2014 20:31

Avropa Birliyinin (AB) Xarici Əlaqələr Komitəsi aprelin 1-də İranla bağlı qətnamə layihəsi qəbul edib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, “Avropa Birliyinin İranla bağlı strategiyası” adlanan sənəd 7 səhifədən və 23 bölmədən ibarətdir. Qətnamədə İranın nüvə proqramı, İran və AB arasında əlaqələrin perspektivləri, regional məsələlər, insan haqları, xüsusilə etnik azlıqların hüquqları və s. məsələlər öz əksini tapıb. Sənəddə bu ilin sonunadək Tehranda AB-nin nümayəndəliyinin açılmasının planlaşdırıldığı qeyd edilib.

 

Sənəddə İranda bəzi vicdan məhbuslarının azadlığa buraxılması alqışlanıb, ancaq bütün siyasi məhbusların, insan haqları fəallarının, həmkarlar təşkilatları üzvlərinin, o cümlədən 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkiləri zamanı həbs edilmiş bütün şəxslərin sərbəst buraxılması istənilib.

 

AB Xarici Əlaqələr Komitəsi prezident Həsən Ruhaninin ölkə vətəndaşlarının hüquqlarının təmin ediləcəyi ilə bağlı verdiyi vədə baxmayaraq, İranda hələ də işgəncə, ədalətsiz məhkəmə qərarları, edam xəbərlərinin davamlı olmasının dərin narahatlıq doğurduğunu bildirib.

 

Qətnamədə rəsmi Tehrandan BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhidin fəaliyyətini dəstəkləməsi və onun bu ölkəyə səfərini dərhal və qeyd-şərtsiz təmin etməsi tələb edilib.

 

Sənəddə AB nümayəndə heyətlərinin İrana səfəri zamanı müxaliflər, vətəndaş cəmiyyəti fəalları və siyasi məhbuslarla görüşmək məsələsinə dair öhdəlik daşıdıqları da vurğulanıb. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol