ABŞ-dan Fətullah Gülən açıqlaması - VİDEO

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Marie Harf Gülən camaatının lideri Fətullah Güləndən danışıb. ANS PRESS-in məlumatına görə, Harf jurnalistlərə açıqlamasında ABŞ-ın Fətullah Gülənə dəstək verməsi və “twitter”in bağlanmasına görə Türkiyənin ünvanına təziqləri artması məsələsinə aydınlıq gətirib. O, qeyd edib ki, Türkiyə hökümətinin “twitter”ə qadağa qoyması düzgün deyil: “Bir nəfər Pensilvaniyada yaşasın və yaxud yaşamasın Türkiyə hökümətinin “twitter”ə qadağa qoyması doğru deyil. Belə işlərin bir türk vətəndaşının Pensilvaniyada yaşaması ilə heç bir əlaqəsi yoxdur”.Harf, Türkiyə-İsrail münasibətlərinin tərəfdarı olduğunu bildirən Fətullah Gülənlə eyni mövqedə dayanmaları barəsində olan sualı da cavablandırıb: “Xeyir. Eyni mövqedə deyilik. Türkiyə bir NATO ölkəsidir. Hər zaman, hər mövzuda razılaşmaya bilərik. Bu səbəblə də Pensilvaniyada yaşayan bəyi unudun! Türk höküməti ilə ikili bir ittifaq qurmuşuq”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















