• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış jurnalist-yazar həbs edilib

Tanınmış jurnalist-yazar həbs edilib
29.03.2014 11:05

Türkiyə XİN-də Suriya ilə bağlı keçirilmiş məxfi toplantının səs yazısının yayılmasından sonra başlanan istintaq çərçivəsində tanınmış jurnalist-yazar Öndər Aytaç həbs edilib.

 APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, casusluq ittihamı ilə başlanan təhqiqat çərçivəsində ilk həbs həyata keçirilib. Fətullah Gülən (nur) icmasına yaxın olan keçmiş polis Ö. Aytaç Ankarada saxlanılıb.Ö. Aytaç martın 26-da “Samanyolu” telekanalında çıxışında seçki ərəfəsində Türkiyə hökumətinin Suriyaya hərbi müdaxilə etməyə hazırlaşdığını bildirib. Bu çıxışdan bir qədər sonra internetdə gizli səs yazısı yayılıb. Səs yazısından aydın olur ki, xarici işlər naziri Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firudin Sinirlioğlu, Milli İstihbarat (kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan və Silahlı Qüvvələrin Baş Qərargahının 2-ci rəisi Yaşar Gülər gizli toplantıda Suriyaya hərbi müdaxilə üçün səbəb tapılması məsələsini müzakirə edirlər. H. Fidan hərbi müdaxiləyə əsas yaratmaq məqsədilə lazım olsa Suriyaya adamlar göndərib Türkiyə ərazisinə raket atdıra biləcəyini, eyni zamanda Suriyadakı Türkiyə ərazisi sayılan Süleyman Şah Türbəsinə hücum təşkil edə biləcəyini deyir. (Süleyman Şah Osmanlı dövlətinin qurucusu Osman Qazinin babası olub. Onun məzarı hazırda Suriyada olsa da, həmin məzarın yerləşdiyi türbə Türkiyə ərazisi sayılır və türk əsgərləri tərəfindən qorunur).

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol