Daha bir məmur işdən çıxarıldı

Türkiyənin müdafiə sənayesi katibi (müstəşar) Murad Bayar vəzifəsindən azad edilib.APA-nın məlumatına görə, M. Bayarın vəzifəsindən azad edilməsi barədə qərar bu gün «Resmi Qazete»də yayımlanıb. M. Bayarın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 11-də Azərbaycana səfəri planlaşdırılsa da, sonradan səfər aprel ayına təxirə salınmışdı. Qeyd edək ki, 1989-cu ildən SSM-də çalışan M. Bayar 2004-cü ildən Müdafiə Sənayesi Katibliyinin rəhbəri vəzifəsini tutub. Türkiyə mediasında yer alan məlumatlara görə, onun prezidentin baş müşaviri və ya Kanadada səfir təyin olunması gözlənilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















