• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyevdə azərbaycanlı gənclər döyüldü

Kiyevdə azərbaycanlı gənclər döyüldü
27.03.2014 18:39

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı gənc radikal “Pravıy sektor” təşkilatının üzvləri tərəfindən döyülüb.

Bu barədə APA-ya hücuma məruz qalanlardan biri - Azərbaycan vətəndaşı Elvin Əliyev məlumat verib. O, Sumqayıt şəhər sakini, Ukraynadakı universitetlərdən birinin yuxarı kurs tələbəsi, 1985-ci il təvəllüdlü Qarayev Şahid Şakir oğlu birlikdə hücuma məruz qaldıqlarını söyləyib.

 

Hadisənin bir həftə əvvəl baş verdiyini deyən E. Əliyev qeyd edib ki, daha çox zərər çəkən Ş. Qarayevin döyüldükdən pasportu və pul kisəsi “Pravıy sektor”un üzvləri tərəfindən alınıb və hələ də bir xəbər yoxdur. O, hadisəni belə nəql edib: “Həmin axşam biz “Bessarabskiy” bazarının yanında bir marketdən çıxırdıq. Qəflətən qolları etiketli, əli dəyənəkli “Pravıy sektor”un adamları ilə rastlaşdıq. Onlar içkili idilər. Bizi görən kimi “kaci, kaci” deyib (onlar digər millətləri belə adlandırırlar) üstümüzə cumdular. Müqavimət göstərən Şahid Qarayevi bərk döydülər və pasportunu aldılar. Biz yerli rayon milisinə müraciət etsək də, bizə bildirdilər ki, onlar Pravıy sektor”un aktivistləridir və milis onlara müdaxilə edə bilmir. Hətta pasportu da tapıb verə bilmədilər. Şahid Qarayev Azərbaycan səfirliyinin köməkliyi ilə Bakıya qayıdıb və yeni pasport almaq üçün müraciət edib”.

 

E. Əliyev Ş. Qarayevin səhhətinin normal olduğunu deyib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol