• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən təhlükəli 10 şəhəri - SİYAHI

Dünyanın ən təhlükəli 10 şəhəri - SİYAHI
27.03.2014 13:12
Dünyanın ən təhlükəli şəhərlərinin adları açıqlanıb. İsveçrənin sığorta şirkətlərindən birinin apardığı araşdırmalar nəticəsində hazırladığı siyahıda 10 şəhər yer alıb. ANS PRESS-in məlumatına görə, siyahıya Yaponiyanın paytaxtı Tokio başçılıq edir. Bu şəhərdə baş verən zəlzələ, sunami və başqınlar onu dünyanın ən təhlükəli şəhərinə çevirib. 2-ci pillədə Filippinin paytaxtı Manila qərarlaşıb. Burada da qasırğa və zəlzələlər şəhəri təhlükəli edir. 3-cü ən təhlükəli şəhər Çinin Mirvari çayı ətrafındakı yaşayış məntəqəsidir. Burada 2005-ci ildə sel nəticəsində 500-dən çox adam ölmüşdü. Ən təhlükəli şəhərlər siyahısının 4-cü pilləsində Yaponiyanın Osaka-Kobe şəhəri qərarlaşıb. Burada 1995-ci ildə baş verən zəlzələ 6500-ə yaxın insanın həyatına son qoymuşdu. 5-ci ən təhlükəli şəhər İndoneziyanın paytaxtı Cakartadır. Burada daşqınlarla yanaşı, hətta 6 bal gücündə zəlzələ də xeyli insan ölümünə səbəb olur. 6-cı pillədə Yaponiyanın Naqoya şəhəri yer alır. Burada sunami təhlükəsi yüksəkdir. 7-ci ən təhlükəli şəhər Hindistanın Kəlküttə şəhəridir. Burada da sunami riski böyükdür. Çinin Şanxay şəhəri isə daşqın təhlükəsinin böyük olduğu şəhərlərdən biri olaraq, siyahının 8-ci pilləsində qərarlaşıb. Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhəri ən böyük seysmik zonalardan biri hesab edilməklə, ən təhlükəli 10 şəhərdən 9-cusu hesab edilir. Siyahını seysmik zonada yerləşməklə təhlükəli olan İranın paytaxtı Tehran tamamlayır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol