• $
  • €
  • ₽
  • ₺
  • £

Çirkli hava 7 milyon insanı öldürdü

Çirkli hava 7 milyon insanı öldürdü
26.03.2014 21:27
Dünya Səhiyyə Təşkilatının dəyərləndirməsinə görə, 2012-ci ildə havanın çirklənməsi nəticəsində dünyada 7 milyon insan ölüb.Araşdırma havanın çirklənməsi və ürək, respirator və xərçəng xəstəlikləri arasında əlaqənin olduğunu aşkarlayıb.Qlobal miqyasda 8 ölüm halından biri havanın çirklənməsilə əlaqədardır ki, bu da onu dünyanın yeganə ən təhlükəli ekoloji səhiyyə riskinə çevirir, Dünya Səhiyyə Təşkilatı bildirib."Havanın çirklənməsi təhlükəsi, xüsusilə də, insult və ürək xəstəlikləri baxımından, əvvəl təsəvvür edildiyindən daha böyük risk təşkil edir”, Beynəlxalq təşkilatın nümayəndəsi Maria Neira deyib.Xanım Neiraya əsasən, dəlillər nəfəs aldığımız havanın təmizlənməsi üçün müştərək addımlara ehtiyac olduğunu göstərir və havanın təmizlənməsilə milyonlarla həyat xilas edilə bilər.Ölümlərdən 6 milyonu Şərqi Asiyanın cənub bölgəsində və Sakit okean regionunun qərbində qeydə alınıb.Dünya Səhiyyə Təşkilatı ölümlərin əksər hallarının aşağı və orta gəlirli bölgə ölkələrində baş verdiyini bildirərkən qapalı və açıq məkandakı havanın çirklənməsinin təsirini də qeyd edib.Dünya Səhiyyə Təşkilatının ailə, qadın və uşaq sağlamlığı departamentinin baş direktor müavini Dr Flavia Bustreo deyir ki, evdə daha çox vaxt keçirən yoxsul qadın və uşaqlar, kömür və odun hisilə daha çox təsirlənir və daxili və ümumi çirklənmədən daha çox əziyyət çəkir.//Anspress
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol