• $
  • €
  • ₽
  • ₺
  • £

"Ford" 1,3 milyon avtomobilini geri çağırır

"Ford" 1,3 milyon avtomobilini geri çağırır
20.03.2023 18:00
Ford Motor” avtomobil şirkəti əyləc sistemində yaranan problemə görə ABŞ-da 1 milyon 280 min 726 avtomobilini geri çağıracaq.

Bu, 2013-2018-ci illərdə istehsal olunmuş "Ford Fusion" və "Lincoln MTZ" model avtomobillərini əhatə edəcək.

Bildirilib ki, əvvəllər geri çağırılan 2015-2018-ci illərdə istehsal olunmuş "Ford Edge” və 2016-cı ildə buraxılan "Lincoln MKX" modellərində aşkar olunan problem SUV-lərin əyləc xarakteristikalarına mane olurdu və eyni problem qeyd olunan sedanlara da təsir edə bilər. Bununla bağlı hazırda şirkət tədbir görməyə başlayıb.

Bu problem "Fusion" və "MKZ" hibridlərinə təsir etməyib. Şirkətin araşdırmalarına görə, yararsız şlanq 3 fevral 2012-ci il və 19 iyul 2017-ci il tarixləri arasında istehsal zamanı istifadə edilib. Bundan sonra istehsal prosesinə daxil edilən yeni material əyləc şlanqının daha uzun müddət istifadə olunacağını göstərir, "Ford" bildirir.

Qeyd olunub ki, aprelin 17-dən etibarən "Ford" avtomobil sahibləri ilə əlaqə saxlamağa başlayacaq. Sahiblərdən avtomobillərini ən yaxın dilerə qaytarmaları xahiş olunacaq, orada əyləc şlanqı pulsuz olaraq dəyişdiriləcək. Artıq bu təmir işlərini öz hesabına görmüş sürücülər xərclədiyi vəsaiti geri qaytarmaq imkanı əldə edəcəklər

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol