• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə dabaq virusu yayılıb

Türkiyədə dabaq virusu yayılıb
28.03.2023 21:26
Türkiyənin Kastamonu vilayətində heyvanlardan keçən dabaq virusu aşkarlanıb. Bu barədə Türkiyənin "Posta" saytı Elazığ Kənd Təsərrüfatı və Meşə İl Müdirliyinə istinadən məlumat yayıb. 
 
Virus nəticəsində İnebolu rayonunun 41 kənd və məhəlləsində karantin elan edilib. 
 
Türkiyədə dabaq xəstəliyi səbəbindən  heyvan satışı ilə məşğul olan bazarlar bağlanıb.
 
"Yeni bir xəbərdarlıq edilənə qədər heyvanların satışı və hərəkəti qadağandır. Əks halda, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə nazirliyin tətbiq etdiyi tədbirlərə əməl etməyənlər 1159 lirə inzibati cərimə olunacaq",- Türkiyə Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin fermerlərə göndərdiyi mesaja görə, peyvənd tədqiqatlarına başlanılıb, aşkarlanan virusun SAT-2 olduğu bildirilib,  özəl və dövlət sektioru tədqiqatlara başlayıb. 
 
Dabaq xəstəliyinə qoşadırnaqlı heyvanlarda rast gəlinir.  Xəstəliyin çox yüksək yoluxdurma sürəti var.
 
Virus heyvanların ayaq və ağız nahiyəsində yaranan yaralar vasitəsilə insanlara keçə bilər.

Dabaq xəstəliyi insanlarda birbaşa ölümcül olmasa da, virusun əlamətləri və simptomları insanlar üçün narahatlıq yarada bilər.
 
Zinyət Mehtiyeva
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol