• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailin bütün ölkələrdəki səfirlikləri bağlandı

İsrailin bütün ölkələrdəki səfirlikləri bağlandı
24.03.2014 11:51

Diplomatların tətil eləməsi ucbatından İsrailin bütün ölkələrdəki səfirlikləri bağlanıb. Diplomatlar əmək haqlarının azlığından şikayətlənirlər.  Məlumata görə, israilli məmurlar əmək haqlarının artırılmasını tələb edirlər.  Diplomatların ümumdünya etirazı Roma Papası Fransiskin İsrailə səfərini təhdid altında qoyur. Onun səfəri may ayı üçün planlaşdırılır.  Ekspertlərin sözlərinə görə, bu 1948-ci ildə yaradılmış İsrail dövlətinin tarixində ilk hadisədir. Tətil 102 diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib. Dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində də böhrana səbəb olub. "Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil", - diplomatlardan biri deyib.  İsrail XİN rəhbəri Aviqdor Liberman baş verənləri "məsuliyyətsizlik" adlandırıb.  "Bu dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik", - nazir qeyd edib.  Tətil edənlər isə 1200 nəfər diplomatik missiya əməkdaşının etiraza qoşulduğunu deyirlər. Onların sözlərinə görə, aksiya müddətsizdir. İsrailli diplomatların əmək haqları hazırda 1,7 və 2,6 min dollar arasıdır. Onlar deyirlər ki, xairici ölkələrə gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Son 15 ildə diplomatların 3-də bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar ("Milli.Az") ANN.Az 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol