Saakaşvili Gürcüstan prokurorluğa çağırıldı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili dindirilmək üçün Gürcüstanın Baş Prokurorluğuna çağırılıb. Musavat.com-un gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, sabiq prezident bir sıra cinayət işləri ilə bağlı şahid qismində ifadə verməlidir. Prokurorluqdan verilən açıqlamada belə işlərin sayının 10 olduğu bildirilir. Onların arasında 2005-ci ildə müəmmalı şəkildə dünyasını dəyişmiş baş nazir Zurab Jvaniyanın ölüm işi də var. Yeni prezidentin seçilməsindən dərhal sonra ölkəni tərk eləmiş Saakaşvili martın 27-də saat 13:00-da istintaq orqanına gəlməlidir. Onun özü isə məsələyə hələ ki, münasibət bildirməyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















