• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadan ixrac edilən qida məhsullarının həcmi açıqlanıb

Ukraynadan ixrac edilən qida məhsullarının həcmi açıqlanıb
07.04.2023 13:59
27 milyon tona yaxın qida məhsualları və buğda Ukrayna vasitəsilə digər xarici ölkələrə daşınıb, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
 
Nazir ərzaq böhranının qarşısını almaq üçün qida məhsullarının kasıb ölkələrə daşınmasınınvacib olduğunu vurğulayıb.
 
Rusiyanın Ukraynaya qarşı müharibəsi ötən il fevralın 24-dən başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub.

2022-ci ilin iyulunda İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna taxılının dünya bazarına daşınması üzrə saziş imzalanıb.
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbəri Qu Donqyu bildirib ki, Ukrayna müharibə səbəbilə dünyada ərzaq təhlükəsizliyi azalıb. 2023-cü ildə isə vəziyyət daha da pisləşəcək.
 
Dünya üzrə illik taxıl istehsalı 740 milyon ton civarındadır.
 
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ili Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən 1,1 milyard avro xalis zərərlə başa vurub.
 
AYİB keçən il Ukraynaya 1,7 milyard avro və tərəfdaş banklar vasitəsilə isə əlavə 200 milyon avro kredit ayırıb. Bank 2022-23-cü illər ərzində ölkəyə 3 milyard avro sərmayə qoymağı öhdəsinə götürüb.
 
Aytac 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol