• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Rusiyanın təkliflərini rədd etdi

Ukrayna Rusiyanın təkliflərini rədd etdi
17.03.2014 19:09

Ukrayna Xarici İşlər Nazirliyi ölkədə böhrandan çıxış yolları ilə bağlı Rusiya XİN-in irəli sürdüyü təkliflərin qəbuledilməz olduğunu bildirib.

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna XİN-in informasiya siyasəti departamentinin rəhbəri Yevgeni Perebiynıs deyib. “Rusiya XİN-in bu bəyanatı ultimatuma bənzəyir. Orada əks olunan mövqe Ukrayna tərəfindən qətiyyən qəbul edilə bilməz”, - deyə o, söyləyib. 

 

Y. Perebiynıs qeyd edib ki, Kiyev və Moskva arasında beynəlxalq vasitəçilərin iştirakı ilə aparılacaq istənilən danışıqlar yalnız Ukraynanın ərazi bütövlüyünə hörmət əsasında keçirilməlidir: “Bu, o deməkdir ki, Rusiya tərəfi dərhal Ukrayna ərazisindəki təcavüzə və təxribatlara son qoymalı, öz  qoşunlarını ölkəmizdən çıxararaq daimi dislokasiya yerlərinə qaytarmalıdır”.   

 

Xatırladaq ki, Rusiya Ukraynada yaranmış böhranın həlli üçün Kiyevin Krım referendumunun nəticələrini tanımasını, gələcəkdə NATO-ya üzvlükdən imtina etməsini, ölkənin federallaşmasını, rus dilinə ikinci dövlət dili statusunun verilməsini təklif edib. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol