• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Lvovda mülki əhalini atəşə tutub – Ölü və yaralılar var

Rusiya Lvovda mülki əhalini atəşə tutub – Ölü və yaralılar var
06.07.2023 14:24
İyulun 6-da Rusiyanın Lvova raket zərbəsi endirməsi nəticəsində 4 nəfər ölüb, 37 nəfər yaralanıb. Bu barədə UNİAN məlumat yayıb.
 
Şəhərin meri Andrey Sadovinin sözlərinə görə, 50-dən çox ev dağılıb.

"Bu gün Lvov mülki infrastrukturu ən böyük hücumlardan birinə məruz qalıb. Ölənlər və yaralılar var. İndi dağıntılar altından 4 nəfərin cəsədi çıxarılıb. Xilasedicilər hələ də işləyir, yəqin ki, ölənlərin sayı artacaq. 50-dən çox yaşayış evi dağıdılıb”, - mer bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 7 nəfər hadisə yerində xilas edilib, 64 nəfər təxliyə edilib. 

Nazirlik əlavə edib ki, 14 avtomobil giriş-çıxış yollarından təxliyyə edilib.

Lvov vilayət hərbi adminstrasiyasının  rəhbəri Maksim Kozitski Rusiya hücumunun ən gənc qurbanının 21 yaşlı qız olduğunu vurğulayıb.

"Bu gecə Lvovda mənzildə raketlə öldürülən ən gənc qızın cəmi 21 yaşı, ölənlərin ən yaşlısının isə 95 yaşı var idi. Qadın İkinci Dünya Müharibəsindən sağ çıxdı, lakin bu müharibədən  sağ çıxa bilmədi",- Kozitski əlavə edib.
 
Gecə saatlarında Rusiya Ukrayna ərazisinə 10 "Kalibr” qanadlı raket atıb. Hərbi Hava Qüvvələrinin məlumatına görə, bu raketlər əvvəlcə Şimala, sonra isə qəfil istiqamətini dəyişərək qərbə uçub. Hava hücumundan müdafiə sistemləri atılan 7 raketi vura bilib.

Aytac Zeynalova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol