Mafiya 2 milyon arını məhv etdi

İtaliyada bu ölkəyə məxsus “Millefiori” balını istehsal edən 2 milyondan çox arı tələf olub. ANS RESS-in xəbərinə görə, hadisəni araşdıran polis ölkədə hələ də təsir gücünə malik mafiyadan şübhələnir. Belə ki, araşdırmalar zamanı arıçılıq müəssisənin ətrafındakı tikanlı məftillərin kəsildiyi və arı pətəyinə zəhər püskürdüldüyü aşkarlanıb. Məlumata görə, bu hadisə İtaliyanın bal bazarına 170 min dollara yaxın ziyan vurub. Arıların sahibi isə heç kim tərəfindən hədələnmədiyini, bunun hansı səbəbdən baş verə biləcəyini bilmədiyini deyib. Faktla bağlı araşdırmalar davam edir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















