• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST-dən xəbərdarlıq: Dünyada vəba riski artır

ÜST-dən xəbərdarlıq: Dünyada vəba riski artır
05.08.2023 10:08

İlin əvvəlindən 25 ölkədə vəba xəstəliyinə yoluxma halları qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 ölkə artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
 
Məlumata görə ilin əvvəlindən iyulun 15-dək ən azı 25 dövlət vəba xəstəliyinə yoluxma halları barədə məlumat verib. Bu xəstəliyin müəyyən edilməsi barədə son tarixli məlumat may ayının ortalarında Hindistandan daxil olub. Ötən ilin müvafiq dövrü ərzində vəba xəstəliyinə yoluxma halları 16 ölkədə qeydə alınmışdı. "Yoluxma hallarının sayının artmasını və coğrafi yayılmasını, vaksin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riskin çox yüksək olduğunu qiymətləndirməkdə davam edir”, - deyə Təşkilatın Cenevrə mənzil-qərargahından bildirilib.

ÜST planetin bəzi ölkələrində və regionlarında vəba xəstəliyinin yayılmasına səbəb olan amillər kimi xüsusilə Qərbi Afrikada may ayından oktyabr ayına qədər davam edən yağışlar mövsümünün adını çəkir. Təşkilat Cənubi Amerika və ABŞ-ın cənubunda, Afrika Buynuzunda və Mərkəzi Asiyada yağıntıların artmasına səbəb olan El-Ninyo təbii fenomeninin də vəba xəstəliyinə yoluxma hallarının dinamikasını dəyişəcəyini istisna etmir. Çünki yağıntıların miqdarının, daşqınların, qasırğaların, siklonların və quraqlıqların artması təmiz su və səhiyyə resurslarına çıxışı məhdudlaşdıra bilər. El-Ninyo ilə əlaqədar olan suyun daha yüksək temperaturu da su mühitində vəba vibrionunun çoxalmasına səbəb ola bilər ki, bu da vəba xəstəliyinə yoluxma hallarını artırır.

Hazırda xəstəlik ən çox xüsusilə Afrikaya təsir edib. İlin əvvəlindən bəri 14 Afrika ölkəsi vəba xəstəliyinə yoluxma halları barədə məlumat verib. Xəstəliyə yoluxma halları, xüsusilə Konqo, Kamerun, Malavi, Mozambik, Somali, Efiopiya və Cənubi Afrika Respublikasında qeydə alınıb.

Suriyanın şimal-qərbində 109 min, bu ölkənin qalan hissəsində 74 min, Əfqanıstanda 98 min, Malavidə 58 min, Haitidə 55 min və Mozambikdə 33 mindən çox vəba xəstəliyinə yoluxma halları qeydə alınıb.

Vəba vibrionların (vəba törədicisi) səbəb olduğu xüsusilə təhlükəli yoluxucu xəstəlikdir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishalla müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol