• $
  • €
  • ₽
  • ₺
  • £

İranda daha bir azərbaycanlı fəal həbs edilib

İranda daha bir azərbaycanlı fəal həbs edilib
09.03.2014 14:00

İranda daha bir azərbaycanlı fəal həbs edilib.

 

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları Həmid Mənafi Nadarlını (Erkin) bu gün səhər saatlarında mağazasında həbs ediblər. Hazırda onun harada saxlanıldığı və nədə günahlandırıldığı barədə heç bir məlumat yoxdur.

 

Azərbaycanlı fəalın həyat yoldaşının H.M.Nadarlının həbsinə etirazını bildirdiyinə görə,  ETTELAAT əməkdaşları tərəfindən təhqir edildiyi və döyüldüyü də bildirilir.

 

 

Qeyd edək ki, Tehran yaxınlığında sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Nəsimşəhr rayonunda fevralın 21-də ana dili ilə bağlı toplantı keçirilib. Mərasimə 200 nəfərə yaxın azərbaycanlı qatılıb, tanınmış ziyalılar çıxışlar edərək ana dilinin əhəmiyyətindən danışıblar, milli musiqilər, aşıq havaları və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib. Lakin İran xüsusi xidmət orqanları tədbiri dağıtmaq istəyib və toqquşma baş verib. Toplantının dağıdılması üçün bibər qazından istifadə olunub, aralarında qadınlar da olmaqla xeyli azərbaycanlı fəal həbs edilib. Hadisə nəticəsində bir azyaşlı da qolundan xəsarət alıb.

 

İnsident zamanı H.M.Nadarlı, o cümlədən azərbaycanlı fəallardan İsrafil Sultanian, Əlirza Fərşini ağır bədən xəsarətləri alıblar. Azərbaycanlı fəallardan  Əkbər Azad, Əlirza Fərşi, İsrafil Sultaniyan və Mənsur Fəthi həbs olunublar.

 

Qeyd edək ki, H. M. Nardarlı bundan əvvəl də 2011-ci il sentyabrın 2-də İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq Təbriz şəhərində keçirilmiş kütləvi aksiyalarda iştirak etdiyinə görə həbs edilib. O, 20 günə yaxın təcridxanada saxlanıldıqdan sonra 40 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol