• $
  • €
  • ₽
  • ₺
  • £

Viktor Yanukoviçi pərt edən hadisələr - VİDEO

Viktor Yanukoviçi pərt edən hadisələr - VİDEO
07.03.2014 18:22

QAPI ÜZÜNƏ BAĞLANDI...

Ukraynanın hakimiyyətdən devrilən prezidenti Viktor Yanukoviçin bəxti, deyəsən, elə prezidentliyinin birinci günündə - andiçmə mərasiminə gələrkən üzünə gülməmişdi. 2010-cu il, fevralın 25-də and içmək üçün mərasim zalına girərkən qapılar üzünə bağlanmışdı. Bəlkə də prezidentliyinin yarımçıq başa çatacağına işarə olan bu uğursuzluq hakimiyyətdə olduğu 4 ildə onu qarabaqara izlədi:

ƏKLİLİ KÜLƏK BAŞINA ÇIRPDI...

Beləliklə, ilk iş günündə qapısı bağlanan Viktor Yanukoviçin hakimiyyət illərində başına gəlməyən qalmadı. Yanukoviç dünyanda qoyduğu əklili küləyin başına çevirdiyi bəlkə də ilk prezidentdir. Ola bilər o, bu talesiz qəzanı yaşayan son prezident olacaq. Çünki artıq internet prezidentlərin təhlükəsizlik xidmətlərinə bu durumda necə davranmalı olmalarına dair şarjlarla doludur:

SÖZÜ AĞZINDA QALDI...

Bəxtsiz Yanukoviçi izləyən təkcə küləyin qəzası deyildi. Ukrayna prezidenti texnologiyanın da qəzəbinə az rast gəlmədi. Gah oturduğu kreslosu sındı, gah da beləcə çıxışını naməlum səslər kəsdi:

TAMAHI PƏRT QOYDU...

Yanukoviç rəsmi protokol tədbirlərində bəzən yerinə düşməyən sərbəstliyi ilə tez-tez gülüş obyekti olurdu. Rəsmi keçidlərdən birində onun məşğuliyyət üçün ağzına bir şey atmaq həvəsini boğa bilməməsi, hələ üstəlik yanında dayanmış Rusiya prezidenti və Baş nazirinə də bunu təklif etməsi rəsmi tədbirin ciddiyyətinə namünasib olan bir mənzərə yaratmışdı:

ARAQ PAYINI İKİQAT İSTƏDİ...

Viktor Yanukoviç içki həvəskarı olduğunu heç özü də gizlətmirdi. Veteranlarla görüşdə onların şərəfinə badə qaldırarkən araq payını ikiqat istəyən Yanukoviçin bu görüntülərini "Youtube"da 1.5 milyondan çox adam izləyib:

ƏZBƏRİNİ UNUTDU...

Viktor Yanukoviç ya ana dili olan Ukrayna dilini yaxşı bilməməsinə, ya da sadəcə dalğın olduğuna görə tez-tez gülüş obyektinə çevrilirdi. Bəzən dövlət başçısı komandasının hazırladığı dövlət proqramlarının adlarını belə unudub pərt olurdu:

 

YUMURTA ZƏRBƏSİNDƏN YERƏ SƏRİLDİ...

Bu səhnəni isə ola bilər Viktor Yanukoviç Kiyevdəki sarayını tərk etdiyi o müdhiş gecə qədər heç vaxt unutmayacaq. 2010-cu ildə onu sevməyənlərin üstünə atdıqları yumurtanı, Allah bilir, Yanukoviç nə zənn edib də tirtap yerə düşdü:

VƏ SONDA DA İLHAM ƏLİYEVİN HÜZURUNDA... AMMA BU DƏFƏ PƏRT OLAN QAROVUL RƏİSİDİR...

Ukrayna prezidentinin çevrəsində baş verən bu qəzavü-qədər Azərbaycandan da yan keçmədi. Keçən ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyev üçün təşkil olunan təntənəli qarşılanma mərasimində qarovul rəisinin başına bəlkə də min ehtimaldan biri gəldi. Amma cəld tərpənən zavallı qarovul rəisi iki prezidentin qarşısında xətadan yalnız kiçik təbəssümlə can qurtara bildi:

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol