• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan Günəşə peyk göndərəcək

Hindistan Günəşə peyk göndərəcək
01.09.2023 17:37
Ayın tədqiq edilməmiş cənub qütbünə kosmik gəmi endirən ilk ölkə olmasından həftələr sonra, Hindistan indi də Günəşi tətbiq etmək üçün ilk peykini sentyabrın 2-də işə salacaq. Bu barədə Hindistanın Kosmik Agentliyi bazar ertəsi verdiyi açıqlamada deyib. 

Agentlik bildirir ki, hind dilində günəş sözünün şərəfinə adlandırılan gəmi ölkənin Şriharikotadakı əsas kosmodromundan təxminən 1,5 milyon km məsafə qət edəcək PSLV daşıyıcı raketindən istifadə etməklə buraxılacaq.

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) əvvəllər Twitter olaraq tanınan X-də paylaşdığı yazıda Aditya-L1-in müşahidə nöqtəsinə getməsinin təxminən dörd ay çəkəcəyini bildirib. 

Bundan əvvəl, NASA və Avropa Kosmik Agentliyi daha əvvəl Günəşi öyrənmək üçün orbitə zondlar göndəriblər amma bu Hindistan üçün ilk belə missiyadır. 

Sanskrit dilində "ay gəmisi” mənasını verən pilotsuz "Chandrayaan-3” keçən həftə Ay səthinə enərək Hindistanı ABŞ, Rusiya və Çindən sonra Aya uğurla eniş edən dördüncü ölkə oldu.

2014-cü ildə Hindistan Marsın orbitinə gəmi çıxaran ilk Asiya ölkəsi oldu və gələn ilə qədər Yerin orbitinə üç günlük ekipaj missiyasını həyata keçirməyi planlaşdırır.

Hindistan həmçinin 2025-ci ilə qədər Aya daha bir zond göndərmək üçün Yaponiya ilə birgə missiya və növbəti iki il ərzində Veneraya orbital missiya göndərməyi planlaşdırır.

Rabia Hale Seferoğlu

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol