• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Krım müşavirəsi keçirdi

Putin Krım müşavirəsi keçirdi
06.03.2014 16:08
Martın 6-da Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası üzvlərinin iştirakı ilə operativ iclas keçirib.“Media forum” saytının məlumatına görə, iclasda Ukrayna torpağı olan Krım Muxtar Respublikası parlamentinin bugünkü qərarları müzakirə olunub. Rusiyanın baş naziri Dmitri Medvedyev, parlamentin aşağı palatasının sədri Sergey Narışkin, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, müdafiə naziri Sergey Şoyqu və digər rəsmilərin qatıldığı toplantının detalları açıqlanmır.Krım parlamenti martın 6-da bölgənin Rusiya Federasiyasına birləşdirilməsi haqqında qərar qəbul edib. Deputatlar Rusiya prezidentinə Krımın federasiya subyekti olması prosedurasına başlamaq xahişi ilə müraciət ünvanlayıblar. Parlamentin başqa bir qərarına əsasən, martın 16-da yarımadada referendum keçiriləcək.       Referenduma çıxarılan bir sual Krımın Rusiyaya birləşdirilməsi, digəri bölgənin muxtariyyətinin daha geniş olduğu 1992-ci il konstitusiyasına qayıtmaq barədədir.Ötən ayın sonunda Rusiya ordusu Krımı işğal edib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol