• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomatlaşdırılmış gəmilər istehsal ediləcək

Avtomatlaşdırılmış gəmilər istehsal ediləcək
26.02.2014 21:47
“Bloomberg”in informasiyasına görə, Britaniyanın “Rolls-Roys” sənaye şirkəti avtomatlaşdırılmış gəmilər yaratmaq fikrindədir: komandanın iştirakı olmadan sərbəst şəkildə dəniz yolları ilə yükləri çatdıra biləcək. Məlumata əsasən, hazırda şirkətin “Blue Ocean” bölməsi müvafiq həll üzərində işləyir və bildirilir ki, robotlaşdırılmış gəmilər sayəsində dəniz nəqliyyatı daha ucuz, təhlükəsiz olacaq.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda Norveçdə “Rolls-Roys”un tədqiqat bölməsi 360 dərəcə görmə sisteminə və qlobal peyk naviqasiyası sistemi əsasında avtomatik qərarların qəbul olunması imkanına malik gəminin virtual reallıq sistemi ilə təchiz edilmiş prototipini hazırlayıb. Bununla belə, şirkət deyib ki, hələ ki robot gəmidə xeyli problemlər qalmaqdadır və onları təxminən bir il ərzində aradan qaldırmaq mümkün olacaq.“Bloomberg” agentliyi yazır ki, gəminin heyətlə birgə icarəsi gün ərzində təxminən 3300 dollardır və ümumi yükdaşımalarının 44 faizi dəniz vasitəsilə həyata keçirilir. Robotlaşdırılmış gəmilərin yaradılması ən azı daşıma dəyərini iki dəfə azaldar.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol