• $
  • €
  • ₽
  • ₺
  • £

Bu planşet su keçirmir

Bu planşet su keçirmir
26.02.2014 12:00
“Panasonic” şirkəti telefonun funksiyasına malik 5 düymlük qorunmuş planşet təqdim edib. Aparatı ayaqla təpikləmək və ya üzərinə su tökmək olar. Şirkətdən bildirilib ki, cihaz səhra şəraitində texnikadan istifadə etmək məcburiyyətində olan insanlara hədəflənib.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, aparat qorunan korpusda hazırlandığından onun kütləsi 430 qr. təşkil edir.Cızıqlara qarşı davamlı sensor ekrandan başqa, aparatda daxili ştrix-kod skaneri və 8 meqapiksellik arxa kamera var. “Toughpad FZ-E1” planşeti “Windows Embedded 8 Handheld” ilə işləyir və 2.3 QHs takt tezlikli prosessorla təchiz olunub, “FZ-Z1” versiyası “Android 4.2.2” platforması ilə işləyir və 1.7 QHs takt tezlikli Qualcomm çipi ilə təchiz edilib. Hər iki cihaz “3G” və “LTE” şəbəkələrini dəstəkləyir.Şirkətdən bildirilib ki, 5 düymlük “Toughpad” planşeti ilk növbədə Yaponiyada təxminən 1270 dollar qiymətinə satışa çıxarılacaq. “FZ-E1” smartfonu iyunda, “FZ-X1” isə avqustda əlçatan olacaq. “Panasonic” nümayəndələrinin sözlərinə görə, aparatlar Yaponiyadan kənarda da satılacaq, lakin dəqiq vaxt bilinmir.Texniki spesifikasiyalara əsasən, “Toughpad” 1 metr hündürlükdən zərbəyə davamlıdır və 30 dəqiqə ərzində 1.5 metrədək dərinlikli suda qala bilir. Aparat ABŞ-ın “MIL-STD-810G” hərbi standartına uyğun olaraq mənfi 20-dən müsbət 60 dərəcəyədək temperaturda işləyir.“Toughpad” planşeti “Wi-Fi”, “Bluetooth”, “NFC”, “USB 2.0”, “MicroUSB” və “MicroSD” ilə təchiz edilib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol