• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstan parlamenti ölkənin yeni Prezidentini seçib - YENİLƏNİB

Macarıstan parlamenti ölkənin yeni Prezidentini seçib - YENİLƏNİB
26.02.2024 21:53
Macarıstan parlamenti Konstitusiya Məhkəməsinin sədri olmuş Tamaşa Şuyokanı ölkənin yeni Prezidenti seçib.
 
TASS xəbər verir ki, parlamentin yaz sessiyasının ilk günündə yeni prezidentin seçilməsi baş tutub. 67 yaşlı Şuyokanın namizədliyini parlamentdəki 199 yerdən 135-ni tutan hakim partiyalar - Macarıstan Vətəndaş Birliyi və Xristian Demokratlar Koalisiyası irəli sürüb. Bu isə onun elə birinci turda qələbəsini təmin edib.
 
 21:03

Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın istefasını qəbul edib.

Bu barədə TASS xəbər verir.
 
Deputatlar qış tətilindən sonra parlamentin milli televiziyada yayımlanan ilk iclasında dövlət başçısının istefası barədə bəyanatını yekdilliklə təsdiqləyiblər.

Novak istefasını fevralın 10-da pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini bildirib və vəzifəsini tərk etmək qərarına gəlib.
Onun yerinə parlamentdə üçdə iki səs çoxluğuna malik olan hakim partiyalar Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujokun namizədliyini irəli sürüb.

Macarıstan prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.
Bu posta irəli sürülmək üçün namizəd deputatların azı 20 faizinin dəstəyini qazanmalı, birinci turda qalib gəlmək üçün isə səslərin üçdə ikisini almalıdır. Macarıstan parlamentli respublikadır, əsas hakimiyyət baş nazir və hökumətin əlində cəmləşib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol