• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada bir azərbaycanlı xəsarət alıb

Ukraynada bir azərbaycanlı xəsarət alıb
21.02.2014 13:34
Ukraynada etiraz aksiyaları zamanı bir azərbaycanlı xəsarət alıb.Ukrayna vətəndaşı, 1990-cı il təvəllüdlü Anar Rzayev Kiyevdəki Müstəqillik meydanında iğtişaşlar zamanı xəsarət alıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.Deyilib ki, səfirliyə şəhərin mərkəzində baş verən iğtişaşlar zamanı Rzayevin itməsi barədə məlumat daxil olub. Az sonra o, dəyənək zərbələrindən yüngül xəsarət almış halda tapılıb.Səfirliyin məlumatına görə, Rzayevə tibbi yardım göstərilib və hazırda onun vəziyyəti kafi qiymətləndirilir.Bildirilib ki, hazırda Azərbaycanın Ukraynadakı səfirliyi normal rejimdə fəaliyyət göstərir və diplomatik missiyanın əməkdaşları üçün heç bir təhlükə yoxdur.Səfirlik bəzi kütləvi informasiya vasitələrinin azərbaycanlıların Kiyevi tərk etmələri barədə yaydıqları məlumatları da təkzib edib.Qeyd edək ki, son rəsmi məlumatlara görə, Kiyevdə toqquşmalar nəticəsində 77 nəfər həlak olub, tibbi yardım üçün isə 577 nəfər müraciət edib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol