• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ Şurası Ukrayna və Moldova ilə bağlı ticarət tədbirlərinin müddətini uzadıb

Aİ Şurası Ukrayna və Moldova ilə bağlı ticarət tədbirlərinin müddətini uzadıb
13.05.2024 18:51
Avropa İttifaqı Şurası bu gün Ukrayna və Moldovanın Aİ-yə ixracına idxal rüsumlarının və kvotanın daha bir il müddətinə dayandırılmasını təsdiqləyib.Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

"Bu, Rusiyanın iki ildir davam edən əsassız hərbi təcavüzündən sonra Aİ-nin Ukraynaya sarsılmaz siyasi və iqtisadi dəstəyini bir daha təsdiqləyir", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, Aİ-nin Ukrayna üçün ticarət tədbirləri 6 iyun 2024-cü il tarixindən 5 iyun 2025-ci il tarixinədək tətbiq olunacaq və Aİ-Ukrayna Assosiasiyası Sazişinin (DCFTA) IV bəndi altında bütün ödənilməmiş gömrük rüsumlarının və kvotaların davamlı olaraq dayandırılmasına aiddir.

Aİ-nin Moldova üçün ticarət tədbirləri isə 25 iyul 2024-cü il tarixindən 24 iyul 2025-ci il tarixləri arasında tətbiq ediləcək. Bu tədbirlər Assosiasiya Sazişinin V bəndinə əsasən, bütün ödənilməmiş gömrük rüsumlarının və kvotaların müvəqqəti dayandırılmasını əhatə edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol