• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Lənkəranski daha bir bazarı nəzarətə götürdü

Rövşən Lənkəranski daha bir bazarı nəzarətə götürdü
11.02.2014 13:24
Moskvada azərbaycanlı kriminal avtoritet, “taclandırılmağa” bir gün qalmış qətlə yetirilən İlqar Çıldırlıdan sonra kriminal aləmdə vəziyyət dəyişib.AzNews.az xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, kriminal kontingent Porkovskidən Moskvanın digər rayonuna - Kunçevoya toplaşır.Bu isə həmin ərazidə göyərtinin topdansatış bazarının yaradılması ilə əlaqədardır.Bu bazar uğrunda gedən mübarizədə son zamanlar daha çox “qanuni oğru” Rövşən Lənkəranskinin adı hallanır. Məlumatlara görə, atrıq həmin ərazidə “qanuni oğru”ların nümayəndələri də təyin edilib.Hüquq-mühafizə orqanlarının məlumatına görə, Bryulovada Porkovski bazarında baş verən hadisələrdən sonra kriminallar həmin ərazini tərk edib. 3 ay ərzində görünməz olan kriminallar bu dəfə Kunçevoya toplaşıb. Hazırda hüquq-mühafizə orqanları “qanuni oğru”lara nəzarəti həyata keçirməyə çalışırlar.Artıq bu ərazidə Rövşən Lənkəranskinin adamları gözə dəyib və onlar öz tapşırıqlarını veriblər. Byulovodakı bazara nəzarət edən R.Lənkəranski hazırda yeni bazarda mövqelərini möhkəmlətməyə çalışır.İlqar Çıldırlının ölümündə də məhz onun bu bazar uğrunda mübarizədə R.Lənkəranski ilə arasında yaranan problemin olduğu göstərilir.Məlumatlara görə, kriminal aləmdə böyük nüfuz sahibi ola İ.Çıldırlı yeni bazarda gəlirdən müəyyən pay istəyib. Ancaq R.Caniyevin adamları bundan imtina edib. Fevralın 5-də isə İ.Çıldırlı öldürülüb.Qeyd edək ki, Rusiyanın göyərti bazarının heç zaman daimi sahibi olmayıb. Zaman-zaman “əl dəyişdirən” bazar son zamanlar R.Lənkəranskinin nüfuz dairəsində olub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol