• $
  • €
  • ₽
  • ₺
  • £

İran ABŞ-a nota verdi

İran ABŞ-a nota verdi
11.02.2014 11:00
 İran ABŞ-a nota verib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ-ın İrana yeni sanksiyalar tətbiq etməsi və bu ölkə rəsmilərinin açıqlamalarıdır. Məsələ ilə bağlı ABŞ-ın Tehranda maraqlarını təmsil edən İsveçrə Konfederasiyasının səfiri Julio Hass İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz məktubu təqdim olunub. Eyni zamanda İsveçrə səfirinə ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsinin və bu ölkənin bəzi rəsmilərinin açıqlamalarının Cenevrə razılaşmasına zidd olduğu bildirilib və bu addımların ABŞ rəhbərliyinin müəyyən məsələlərdə, məsələn, terrorizm mövzusunda öz mövqeyini hələ müəyyənləşdirmədiyini göstərir: “İran terrorizmin ən böyük qurbanı kimi tanınır. Bu baxımdan İran terrorizmi dəstəkləməsi ilə bağlı ittihamları kəskin şəkildə rədd edir və qınayır. ABŞ bölgədə terrorçu qrupları açıq şəkildə dəstəklədiyi halda, İranı ittiham etməsini anlamaq mümkün deyil”. Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi fevralın 6-da Avropa və Yaxın Şərqdə fəaliyyət göstərən Türkiyə, İspaniya, Almaniya, Gürcüstan, Əfqanıstan, İran, Lixtenşteyn və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan bir neçə fiziki və hüquqi şəxsi “qara siyahı”ya salıb. Buna səbəb həmin fiziki və hüquqi şəxslərin İrana bu ölkəyə qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozmaqda yardım göstərməsidir. Bununla da onların ABŞ maliyyə sisteminə daxil olmasının qarşısı alınıb. ABŞ Maliyyə Nazirliyi 2013-cü il noyabrın 24-dən (Cenevrə razılaşması) bəri ikinci dəfədir belə bir addım atır. Bu il yanvarın 20-dən ABŞ, Avropa Birliyi və bəzi ölkələr İrana qarşı birtərəfli sanksiyaları aradan qaldırıblar.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol