• $
  • €
  • ₽
  • ₺
  • £

"Microsoft"a yeni baş direktor təyin olundu

"Microsoft"a yeni baş direktor təyin olundu
10.02.2014 21:28
"Microsoft" korporasiyasının Direktorlar Şurasının qərarı ilə Satya Nadella korporasiyanın yeni baş direktoru vəzifəsinə təyin edilib."Microsoft Azerbaijan" şirkətindən bazar ertəsi Trend-ə verilən məlumat görə, o, artıq öz işinə başlayıb və "Microsoft"un Direktorlar Şurasının üzvü olub. Bundan öncə S.Nadella "Microsoft"un "bulud" sistemləri üzrə bölməsinin icraçı vitse-prezidenti vəzifəsində çalışıb."Bu transformasiya müddətində "Microsoft""u S.Nadelladan yaxşı heç kim idarə edə bilməz. Satya mühəndislik sahəsində böyük təcrübəyə malik və işçiləri birləşdirə biləcək bir liderdir. Onun texnologiyaların necə istifadə olunacağı uzaqgörənliyi - bizə lazım olan amildir, belə ki, korporasiya innovasiya məhsulları sahəsinin genişləndirilməsi və artımı istiqamətində yeni mərhələyə başlayır", - deyə "Microsoft"un təsisçisi və Direktorlar Şurasının üzvü Bill Qeyts bildirib.S.Nadella 1992-ci ildən etibarən "Microsoft"da çalışır. 46 yaşlı top-menecer korporasiyanın 38 illik tarixində sayca üçüncü baş direktor olacaq. S.Nadella karyerasının 22 ili ərzində korporasiyanın "Bing", "Xbox", "Office" və digər sürətlə inkişaf edən bizneslərinin icraçı direktoru vəzifəsində də çalışıb."Microsoft" - dünyanı texnologiyalar vasitəsilə inqilabiləşdirmiş nadir şirkətlərdən biridir və mən bu şirkətə rəhbərlik etməkdən fəxr duyuram. "Microsoft" böyük imkanlara və perspektivlərə malikdir, lakin onlara nail olmaq üçün biz daha sürətli olmalı və transformasiyanı davam etdirməliyik. Mənim başlıca vəzifəm müştərilərimiz üçün innovasiya məhsullarını yaxçılaşdırmaq daha tez hazırlamaqdan ibarətdir", - deyə S.Nadella qeyd edib."Microsoft" korporasiyası həmçinin bildirib ki, korporasiyanın Direktorlar Şurasının hazırkı sədri Bill Qeyts bu vəzifəni tərk edərək, şirkətdə yeni baş direktorun texniki məsləhətçisi kimi çalışacaq. "Microsoft"un Direktorlar Şurasının sədri vəzifəsinə Şuranın aparıcı müstəqil direktoru Con Tompson təyin edilib.1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol