• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada miqrantlarla bağlı qanun qəbul olunub

Rusiyada miqrantlarla bağlı qanun qəbul olunub
23.07.2024 22:29
Rusiya Dövlət Duması miqrasiya siyasətinə dəyişiklikləri və miqrantlar üçün yeni deportasiya rejimi barədə qanunları qəbul edib.Bu barədə Rusiya Dövlət Dumasının saytında məlumat verilib.

Bildirilir ki, qanun layihələri miqrantlar üçün yeni hüquqi deportasiya rejimi müəyyən edir və Rusiyada qanunsuz olan əcnəbilərə, həmçinin hüquq pozuntusu törədənlərə şamil ediləcək.

Sənədə əsasən, onlara qarşı müxtəlif məhdudiyyətlər, məsələn, daşınmaz əmlak və nəqliyyat vasitələri almaq, avtomobil idarə etmək, Rusiya ərazisində sərbəst hərəkət etmək, nikaha daxil olmaq, banklarda yeni hesablar açmaq qadağası tətbiq edilə bilər.

Bundan başqa məcburi ödənişlərin edilməsi üçün pul köçürmələri istisna olmaqla, "digər bank əməliyyatlarının həyata keçirilməsinə" qadağa qoyan düzəliş əlavə edilib. Bununla belə, deportasiya rejiminə düşən miqrant ayda 30 min rubla (təqribən 578 manat) qədər nağd pul çıxara biləcək.

Deportasiya rejiminə düşənlərin məlumatları nəzarət olunan şəxslərin xüsusi reyestrində saxlanılacaq. Məlumatların reyestrdə yerləşdirildiyi gündən əcnəbi bu barədə məlumatlandırılmış hesab olunacaq.

Əcnəbi Rusiyadan müddəti bitmiş və ya "texniki nasazlıqları" olan, lakin şəxsin identifikasiyasına imkan verən pasportla da çıxa biləcək.
Bundan əlavə, miqrantların Rusiyada müvəqqəti qalma müddəti azaldılır.
 
Hazırda onlar ölkədə yarım il ərzində 90 gün qala bilirlər, ancaq düzəlişlərlə miqrant bir il ərzində 90 gün ölkədə qala biləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol