• $
  • €
  • ₽
  • ₺
  • £

Harris və Tramp arasında debatlar sentyabrın 10-da baş tutacaq

Harris və Tramp arasında debatlar sentyabrın 10-da baş tutacaq
26.07.2024 01:01
ABŞ-nin vitse-prezidenti Kamala Harris respublikaçı Donald Trampla debatın sentyabrın 10-da keçiriləcəyini bildirib.Bu barədə TASS ABŞ mediasına istinadən xəbər yayıb.
 
Onun sözlərinə görə, bu debatlar  sentyabrda baş tuta bilər. 

"Mənə debatla bağlı tez-tez sual verilir. Bununla bağlı onu deyə bilərəm ki,  Donald Trampla debata tam hazıram. Debatın sentyabrın 10-da keçirilməsinə razılaşdım. Tramp da bununla razıdır", -  Harris qeyd edib. 
 
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Respublikaçı rəqibi Donald Tramp arasında olan fərqi azaldıb. Bunu New York Times və Siena Kolleci Araşdırma İnstitutunun sorğuları təsdiq edib.

Hazırda Harrisə seçicilərin 47%-i, Trampa isə 48%-i səs verməyə hazır olduğunu bildirib.  Bu, keçmiş Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenin Trampı 6 faiz geridə qoyduğu fəlakətli performansından sonra qəzetin iyulun əvvəlində keçirdiyi sorğudan əhəmiyyətli dərəcədə çoxdur. 

Harris bir çox məsələlərdə Trampı qabaqlayır.

Harris əvvəllər Baydenin namizədliyinə şübhə ilə yanaşan Demokrat seçiciləri birləşdirə bilib.  İndi sorğuda iştirak edən demokratların 90%-i onun namizədliyinə həvəslə təstəklədiklərini bildirir. 

Eyni zamanda, sorğuda iştirak edən kişilərin əksəriyyəti Trampa, qadınlar isə Harrisə səs verəcəklər.

Cümə axşamı Axios/Generation Lab sorğusu gənc amerikalı seçicilər arasında Harrisin Trampı 20 faiz üstələdiyi bəlli olub.
 
Kamala Harris seçilərsə o ABŞ-ın ilk qadın prezidenti olacaq. 
 
Xalidə Əliyeva


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol