• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan və Türkiyə rəsmilərinin görüşü bitib - Yenilənib

Ermənistan və Türkiyə rəsmilərinin görüşü bitib - Yenilənib
30.07.2024 17:49
Ermənistan və Türkiyə rəsmilərinin görüşü zamanı rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarının sadələşdirilməsinə dair razılıq əldə olunub.

Türkiyə-Ermənistan normalarının kommunizasiya prosesinin xüsusi nümayəndələri Kılıç və Rubinyan görüşmək üçün bir araya gəlib. İki ölkənin ortaq sərhədində yerləşən Alicane-Margara sərhəd-keçid məntəqəsində keçirilən görüşdə xüsusi nümayəndələr əvvəlki görüşlərdə razılaşdıqları məsələləri təsdiqləyiblər.
 
15:00
Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşü keçirilir. Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Bu formatda əvvəlki görüş 2022-ci il iyulun 1-də Vyanada baş tutub.

İyulun 2-də Türkiyə Ermənistan nümayəndələri ilə görüşdən imtina edib və bunun səbəbi ilə bağlı heç bir açıqlama verilməyib. 
 
Bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə quru sərhədlərin açılmasına ümid edir.
 
Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 

1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 


2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 

Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.
 
Gülnar Nazimqızı


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol