• $
  • €
  • ₽
  • ₺
  • £

Simsondan Aİ ölkələrinə çağırış

Simsondan Aİ ölkələrinə çağırış
12.09.2024 10:52
Avropa İttifaqının (Aİ) enerji komissarı Kadri Simson çərşənbə günü "Enerji İttifaqı"nın 2024-cü il üçün vəziyyəti ilə bağlı keçirdiyi mətbuat konfransında Aİ ölkələrini çatışmayan milli iqlim planlarını (NDC) təmin etməyə çağırıb. Bu barədə Aİ-nin rəsmi saytında məlumat verilib.

"Aİ-yə üzv dövlətləri çatışmayan milli enerji və iqlim planlarını təqdim etməyə çağırıram. Bu günə qədər biz yalnız 10 yekun plan almışıq (Aİ-də 27 ölkə var). Biz son tarixi xeyli keçmişik. Bu planları həyata keçirmək, öhdəlikləri yerinə yetirmək və investorlarda güvən yaratmaq üçün vacibdir, - Simson bildirib.

Onun fikrincə, Aİ həddən artıq çox yanacaq idxal etməkdə  davam edir.

"Avropa rəqabət qabiliyyətini, təchizat təhlükəsizliyini və Aİ-nin enerji suverenliyini , iqtisadi davamlılığını təmin etmək üçün daha çox yerli istehsal olan təmiz enerjiyə etibar etməli və daha az yanacaq idxal etməlidir”, - komissar bildirib.

Simson hesab edir ki, Aİ sənaye rəqabət qabiliyyətini təmin etməklə yanaşı iqlim neytrallığına nail olmaq məqsədinə çatmağa hazırdır.

"Son beş ildə biz bərpa olunan enerji (RES) və enerji səmərəliliyi üzrə yeni və daha yüksək hədəfləri razılaşdırdıq. Biz enerji bazarlarında islahatlar apardıq və hidrogen iqtisadiyyatı və metanın azaldılması üçün dünya üzrə aparıcı konsepsiyalar hazırladıq. İki ildə bərpaolunan enerji mənbələrinin, külək və günəş enerjisinin istismarı 2024-cü ilin birinci yarısında ilk dəfə olaraq elektrik enerjisi idtehsalı ənənəvi yanacaqları ötərək yeni yüksək səviyyələrə çatdı”,  - Simson bildirib.

O xatırladıb ki, dekabrda Dubayda keçirilən COP28 zamanı Aİ 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması və enerji səmərəliliyinin yüjsəlməsi tempinin iki dəfə artırılması üzrə Qlobal Öhdəliyə qoşulub.

"Yaşıl investisiyalar milli bərpa və dayanıqlılıq planları sayəsində rekord səviyyəyə çatıb. 2024-cü ilin iyunyn ortalarına qədər milli bərpa və dayanıqlılıq planları vasitəsilə ayrılan 240 milyard avrodan 184 milyard avrosu enerji ilə bağlı islahatlara və investisiyalara yönəldilib", - Simson bildirib. 

Onun sözlətinə hörə, Aİ elektrik enerjisi qiymətlərini 2022-ci ilin pik nöqtəsindən aşağı salmaq üçün öz mandatı çərçivəsində çox işlər görüb, lakin indi struktur problemlərini həll etməlidir.

"İnanıram ki, əsas yol 2024-cü ildə bərpa olunan enerji mənbələrinin tətbiqi tempini daha da artırmaqdır 2030-cu ilə qədər razılaşdırılan məqsədlərə çatmaqdır", - Simson əlavə edib.

Dünya ölkələri ən azı 2025-ci ilin fevralına qədər iqlim fəaliyyətinə dair MDM-lərini təqdim etməlidirlər.


N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol