• $
  • €
  • ₽
  • ₺
  • £

"Əl-Qaidə" 13 min türkmənin yaşadığı rayonu işğal etdi

"Əl-Qaidə" 13 min türkmənin yaşadığı rayonu işğal etdi
02.02.2014 19:00

Dünya  Suriyanın böyük şəhərlərindən olan Hələbdə 13 000 türkmənin yaşadığı Çobanbəy rayonu "Əl-Qaidə" terrorçularının dəstəklədiyi İŞİD (İraq Şam İslam Dövləti) qüvvələri tərəfindən işğal olunub. ANS PRESS-in xəbərinə görə, artıq rayonda 1 həftədir tərəflər arasında atışma davam edirdi və türkmənlər məhdud imkanlarla Çobanbəyi müdafiə etməyə çalışırdılar. 

Yerlilər, İŞİD-in rayonu hiylə işlədərək ələ keçirdiyini bildirib. Yerli mənbələrin məlumatlarına görə, İŞİD atəşkəs tələb edib, daha sonra isə bu hərəkata bağlı partizan birlikləri Çobanbəyə soxularaq türkmən müdafiə qüvvələrini zərərsizləşdiriblər. 

Məlumata görə, ötən axşam türkmənlər tərəfdən yaralanan 12 nəfər Türkiyə Kilis vilayətinin Suriya ilə sərhəddə olan Elbəyli rayonundan bu ölkəyə girərək xəstəxanalara çatdırılıblar. 

"CNN Türk" isə yerli türkmənlərin kütləvi şəkildə Çonbanbəyi tərk etdiyini bildirir. Çabanbəyin 90 faizinin "Əl-Qaidə" tərəfindən işğal olunduğunu deyən yerli sakinlərdən biri bildirir ki, rayondan çıxa bilməyən türkmənləri İŞİD qətlə yetirəcək. Çobanbəylinin çox stratejik əhəmiyyəti olduğunu deyən rayon sakini, "Əl-Qaidə"nin növbəti hədəfinin Türkiyə olacağını iddia edib. 

ANS PRESS

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Dünya 08:43
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Paşinyan Fransaya gedib
Dünya 23:51
Paşinyan Fransaya gedib
İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb
Dünya 23:00
İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb
ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək
Dünya 19:54
ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək
İzmirdə zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb - yenilənib
Dünya 18:26
İzmirdə zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb - yenilənib
Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub
Dünya 16:38
Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub
Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb
Dünya 13:23
Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
Dünya 10:33
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Dünya 08:51
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol