• $
  • €
  • ₽
  • ₺
  • £

Üç ölkə birlikdə təyyarə qəzasını araşdırır

Üç ölkə birlikdə təyyarə qəzasını araşdırır
26.12.2024 09:36
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması milli komissiya tərəfindən aparılır və orada Azərbaycan və Braziliya nümayəndələri də iştirak edəcək. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hazırda komissiyanın əməkdaşları fövqəladə hadisə yerindədir və çöl araşdırmaları aparır. Qazaxıstandan olan komissiyaya Nəqliyyat Nazirliyinin, Mülki Aviasiya Komitəsinin və "Kazaeronaviqasiya” respublika dövlət müəssisəsinin nümayəndələri daxil olub. Komissiyaya Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edib.

AZAL-a məxsus sərnişin təyyarəsinin qəza etməsi ilə bağlı Prezidentin sərəncamı ilə bu gün ölkədə matəm elan edilib. 
 
Baş vermiş hadisədə təyyarədə olan 42 azərbaycanlının 14 nəfərinin sa olması təsdiq edilib. 
 
Bir gün əvvəl açıqlanıb ki, təyyarənin qara qutusu tapılıb. Araşdırmalardan sonra nəticəsi barəsində məlumatlar veriləcək. 
 
Aytac 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol