• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada 2 azərbaycanlı bıçaqlandı

Moskvada 2 azərbaycanlı bıçaqlandı
23.01.2014 09:34
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı taksi sürücüsü bıçaqlanıb. ANS-in Moskva müxbirinin verdiyi xəbərə görə, uzun illərdən bəri Moskva yaxınlığındakı Zelenoqrad şəhərində taksi sürücülüyü ilə məşğul olan Maksim İbrahimov avtomobilinə minən 4 sərnişinin hücumun a məruz qalıb. Məlumata görə, ötən gecə İbrahimovun idarə etdiyi taksiyə müştəri kimi minən 4 nəfər sərnişin onu meşə kənarında döyüb bıçaqladıqdan sonra hadisə yerindən qaçıblar. Yaralı sürücü dərhal xəstəxanaya çatdırılıb. “Bu güya mənə pul çıxarıb verirdi, bir də gördüm daldan başıma nəsə dəydi. Ondan sonra hər tərəfdən töküldülər üstümə. Biri maşının aynasını, biri gapısını vurdu. Sonra gaçıb getdilər. Birdən sərt bir ağrı hiss etdim. Baxdım ki bıçaqla vurublar məni, qan gedir” – deyə sürücü Maksim İbrahimov bildirib. Bunun, Zelenogradda həmyelilərimizin döyülməsi ilə bağlı ilk hadisə olmadığı bildirilir. Taksi sürücüləri dünən daha bir həmyerlimizin hücuma məruz qaldığını deyirlər.“Dünən axşam saatlarında iki nəfər bizim bir yoldaşımızın maşınına minib. Onu binanın qarşısına apardıqdan sonra 20 nəfər onun üstünə tökülüşüb döyüblər. Bunlara bir son verilməldir. Biz Azərbaycanlı millətik. Gərək başımıza bir çarə tapaq” – deyə başqa bir taksi sürücüsü Tural Əliyev qeyd edib. Moskvada yaşayan hemyerlilerimizin ticarətdən sonra başlıca gəlir gaynağı olan taksi sürücülüyünün getdikcə təhlükəli hal alması bu peşə ilə məşğul olan hemyerlilərimizi ciddi düşünməyə vadar edir. Başqa bir taksi sürücüsü Əhməd Abdullayev yerlilərin onlara işləməyə imkan vermədiyini, onları qovduğunu deyir: “Axır zamanlarda imkan vermirlər bizə işləməyə. Deyirlər çıxın gedin buradan. Bizim yerli vətəndaşlığımız olduğu halda hara getməliyik? Dərdimizi kimə deyək bilmirik. İşləməyə qoymurlar. Bizi döyürlər, bıçaqlayırlar, öldürürlər”. Moskvada son zamanlar bu sahədə cəzaların sərtləşdiriliməsi icazəsiz taksi sürücülərinin xeyli azalmasına da səbəb olub. Taksi sürücüsü kimi fəaliyyət göstərən həmyerlilərimizin əksəriyəti lisenziya alıb. Ancaq bu lisenziya onların Rus irqçilərinin hücumundan gorunacağı anlamına gəlmir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol