Məhkəmə Yun Sok Yolun həbsinin uzadılmasından yenidən imtina edib
![Məhkəmə Yun Sok Yolun həbsinin uzadılmasından yenidən imtina edib Məhkəmə Yun Sok Yolun həbsinin uzadılmasından yenidən imtina edib](https://anews.az/photo/850x500/2025-01/1737814735_endirme-56.jpeg)
Məhkəmə ikinci dəfə Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbsinin 6 fevraladək uzadılması barədə prokurorluğun vəsatətini rədd edib.Bu barədə "Yonhap” agentliyi məlumat yayıb.
Mərkəzi dairə məhkəməsi prokurorluğun əlavə araşdırma aparması üçün həbsin uzadılmasına dair əsasları yenidən qeyri-kafi hesab edib.
Prokrorluq yanvarın 24-də də bu vəsatətlə müraciət etmişdi.
Yanvarın 23-də Antikorrupsiya Təhqiqatları İdarəsi dövlət başçısının istintaqla əməkdaşlıqdan imtina etməsi fonunda Yun Sok Yolun qiyam işini prokurorluğa təhvil verib.
Prezident Yun Sok Yol yanvarın 15-də həbs edilib. İdarədə ilk və yeganə dindirməyə gətirilib. Burada ifadə verməkdən imtina edib.
Məhkəmə Yun Sok Yolun yanvarın 19-da ilkin olaraq 10 günlük - yanvarın 28-dək həbsdə saxlanılması barədə qərar çıxarıb. Yun Sok Yolun müdafiəçiləri dəfələrlə həbsin etibarsız olduğunu bildiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)