İtaliyada 19 gürcüstanlı qadın saxlanılıb
![İtaliyada 19 gürcüstanlı qadın saxlanılıb İtaliyada 19 gürcüstanlı qadın saxlanılıb](https://anews.az/photo/850x500/2025-01/1737893958_1737893095.download-1509517931.jpg)
İtaliyada 19 gürcü qadın saxta sənədlərdən istifadə etdikləri üçün saxlanılıb.Bu barədə "Sputnik Gürcüstan" xəbər verib.
Onlar İtaliyada baxıcı kimi fəaliyyət göstərirmiş.Məlumatı Udine şəhər Prokurorluğu təsdiqləyib. Qeyd edilir ki, daha 17 qadın barəsində şikayət daxil olub və onlarla bağlı araşdırmalar davam etdirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslərin hamısında Slovakiya, Polşa və Litva kimi Avropa İttifaqına üzv ölkələrə məxsus saxta şəxsiyyət vəsiqələri aşkarlanıb. Bu sənədlər İtaliyada yaşamaq və işləmək üçün heç bir maneə yaratmadığı üçün həmin şəxslər əvvəlcə Udine Vergi Xidmətində vergi kodu əldə edir, daha sonra isə digər bölgələrə işləməyə gedirmişlər.
Saxlanılanların İtaliyada daimi yaşamaq üçün tələblərə cavab vermədiyi sübut olunarsa, onlar deportasiya olunacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)