Türkiyədə həlak olanların ailələrini təhqir edənlər saxlanılıb
![Türkiyədə həlak olanların ailələrini təhqir edənlər saxlanılıb Türkiyədə həlak olanların ailələrini təhqir edənlər saxlanılıb](https://anews.az/photo/850x500/2025-01/1737907049_screenshot_517.png)
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda hoteldə baş verən yanğında həyatını itirən vətəndaşların yaxınlarına zəng edərək çirkin və əxlaqsız sözlər işlədən 3 nəfər saxlanılıb.Bu barədə "TRT Haber” məlumat yayıb.
Məsələ ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.
"Millətimizin ağrısını heç kim ələ sala bilməz. Buna cəhd edənlər təkcə xalqımızın vicdanında deyil, qanunlar qarşısında da mühakimə olunacaq”, - nazir qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)