• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan “xarici agentlər haqqında qanunu” Amerika modelinə uyğunlaşdıracaq

Gürcüstan “xarici agentlər haqqında qanunu” Amerika modelinə uyğunlaşdıracaq
06.02.2025 15:06
Gürcü Arzusu partiyasının parlament lideri Mamuka Mdinaradze bəyan edib ki, İvanişvili partiyası ABŞ-ın hazırkı FARA qanununun birbaşa surəti olan bir qanun layihəsi təqdim etməyə hazırlaşır. Bu qanun 2024-cü ilin aprelində qəbul edilən Rusiya analoqu – "Xarici təsirin şəffaflığı haqqında” qanunun yerinə tətbiq ediləcək. Bu barədə Sova News məlumat yayıb.

O, həmçinin bildirib ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə Gürcüstanda xarici agentlər haqqında qanuna ehtiyac qalmaya bilər.

Bundan əlavə, Gürcü xalqının maraqlarını qoruyan QHT-lərin təşəbbüslərini maliyyələşdirmək üçün xüsusi bir fond yaradılacağını və bunun üçün "Qrantlar haqqında Qanuna” dəyişiklik ediləcəyini vurğulayıb.

*"Bildiyiniz kimi, ABŞ-ın yeni hökuməti etiraf etdi ki, Amerika maliyyəsi müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda inqilabları dəstəkləmək üçün istifadə olunub. Keçən il parlament FARA-nın sadələşdirilmiş versiyasını qəbul etdi, lakin bu qanun tam şəkildə tətbiq edilmədi. Hətta qüvvəyə minməsinə baxmayaraq, xarici maliyyə alan ən varlı və iri QHT-lərin bir neçəsi reyestrə qeydiyyatdan keçmədi.

Buna görə də, indi ABŞ-da qüvvədə olan yeni Amerika qanununun birbaşa surətini təqdim edəcəyik və onun tam icrasını təmin edəcəyik. Eyni zamanda, hökumət ictimai təşkilatların təşəbbüslərini maliyyələşdirmək üçün fond yaradacaq, bunun üçün ‘Qrantlar haqqında Qanuna’ dəyişiklik ediləcək”*, – deyə Mdinaradze bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökumətindən qrant maliyyəsi yalnız xarici deyil, Gürcü xalqının təsirini təmin etmək istəyən vətəndaş cəmiyyəti təşkilatlarına veriləcək.

"Cəmiyyətə söz veririk ki, Gürcüstanın müstəqilliyinə təzyiq, şantaj, məcbur etmə, xaos və iğtişaş yaratmaq cəhdləri nə qədər çox olarsa, reaksiyamız da bir o qədər sərt olacaq. Bütün bunların qarşısını almaq üçün hüquqi və siyasi tədbirlər görüləcək.  Ölkə bir daha heç vaxt şantaja məruz qalmayacaq, institutlarımız güclü olacaq və heç kim Gürcüstanın daxili işlərinə qarışmağa cürət etməyəcək”*, – "Gürcü Arzusu" partiyasının parlament lideri vurğulayıb.

Mdinaradze qeyd edib ki, qanun layihəsinin konkret detallarını açıqlamaqdan çəkinir, lakin "kim maraqlanırsa, hazırda ABŞ-da qüvvədə olan qanunu oxusun, çünki biz onun eynisini təqdim edəcəyik” deyə əlavə edib.

 2024-cü ilin aprelində Gürcü Arzusu partiyası bir il əvvəl ləğv edilən "xarici agentlər haqqında qanunu” yenidən parlamentə təqdim edib. Həmin vaxt İvanişvili partiyası QHT-lərin hökuməti maliyyə şəffaflığı mövzusunda aldatdığını iddia edərək qanun layihəsini yenidən gündəmə gətirib. 
 
 Gürcüstan parlamentinin 10-cu çağırışı böyük etiraz aksiyaları, müxalifət və beynəlxalq tərəfdaşların kəskin tənqidinə baxmayaraq, Prezident Salome Zurabişvilinin vetosunu aşaraq "Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etmişdi. Bu qanun Rusiya modelinə əsaslanan "xarici agentlər haqqında qanun” kimi tanınır.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol