• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən nüfuzlu məşhurları - SİYAHI

Dünyanın ən nüfuzlu məşhurları - SİYAHI
17.01.2014 09:31
ABŞ vətəndaşları arasında aparılmış rəy sorğusunun nəticələrinə əsasən “Forbes” jurnalının “E-Poll Market Research” tədqiqat agentliyi ilə birlikdə tərtib etdiyi 2014-cü ilin ən nüfuzlu məşhurlarının reytinq cədvəlində kinorejissor Stiven Spilberq birincidir.Spilberq ilk üçlükdə teleaparıcı Opra Uinfrini və daha bir kinoreşissor – “Ulduz müharibələri” filminin yaradıcısı Corc Lukası geridə qoymuşdur.Reytinq cədvəlini tərtib edərkən “E-Poll Market Research” tədqiqat agentliyinin keçirdiyi rəy sorğusu zamanı bütünlüklə amerikalılardan ibarət olan iştirakçılara 6600 məşhuru 46 parametr üzrə qiymətləndirmək təklif olunmuşdur. Əsas parametrlər ümumi cazibədarlıq və məşhur şəxsin tanınması parametrləri olmuşdur.On ən nüfuzlu məşhur sırasına daha iki kinorejissor daxil olmuşdur. Bunlar Ron Hovard (o, “Apollon-13”, “Ağıl oyunları”, “Nokdaun” və “Kod da Vinçi” kimi filmlərin müəllifidir) – 4-cü yer və Martin Skorsezedir (onun çəkdiyi filmlər arasında “Taksist”, “Nyu-York quldurları”, “Aviator”, “Zamanın qoruyucusu” filmləri vardır).Altıncı yerdə türk mənşəli Amerika həkimi – populyar “Doktor Ozun şousu” (“Dr.Oz.Show”) televiziya verilişinin aparıcısı Mehmet Ozdur. Teleaparıcı Barbara Uolters reytinqdə 7-ci yerdə olmuşdur.Onun ardınca “U2” qrupunun lideri Bono (8-ci yer) və komikslərin yaradıcısı Sten Li (9-cu yer) gəlir.Onluğu mühafizəkar baxışları ilə tanınmış, yüksək reytinqə malik “The Rush Limbaugh Show” nitq radioşousunun aparıcısı Raş Limbo tamamlayır.Cpilberq öz baxımlı filmləri ilə şöhrət qazanmışdır. Onların arasında “Çənələr”, “Yura dövrünə aid park” və İndiana Cons haqqında macəra filmləri vardır. Kinorejissorun “Şindlerin siyahısı”, “Sıravı Rayanı xilas etməli”, “Linkoln” kimi filmləri də ona uğur gətirmişdir. Sonuncu film 12 nominasiya üzrə Oskar mükafatına layiq görülmüşdür. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol