Deputat güllələndi

Bu gecə Kosovonun şimalında yerləşən, serblərin məskunlaşdığı Kosovska-Mitrovitsa şəhərində yerli Bələdiyyə Məclisinin deputatı Dimitriye Yaniçeviç güllələnib.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 35 yaşlı siyasətçi evinin yaxınlığında avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Cinayətin motivləri və onu törədənlər hələ müəyyən olunmayıb, polis istintaq aparır. D.Yaniçeviç 2013-cü ilin noyabrında keçirilən seçkilərdə Kosovska-Mitrovitsa şəhərinin meri postuna namizədlərdən biri olub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















