• $
  • €
  • ₽
  • ₺
  • £

Rza Zərrabla həbs olunan azərbaycanlılar kimdir?

Rza Zərrabla həbs olunan azərbaycanlılar kimdir?
14.01.2014 10:57
Türkiyə gündəminə bomba kimi düşən və kütləvi həbslərlə müşayiət olunan 17 dekabr rüşvət əməliyyatında həbs olunan azərbaycanlılar “Qapalı Çarşı” bazarında valyutadəyişmə məntəqəsinin sahibi olublar. “Axar.az”ın Türkiyədəki özəl mənbədən əldə etdiyi məlumata görə, soyadları və ittihamları bu vaxta qədər açıqlanmayan Azərbaycan vətəndaşları - A.Nizami və H.Surxay rüşvət əməliyyatı çərçivəsində baş tutan həbslərdən əvvəl qardaş ölkədə bir neçə il sahibkarlıq fəaliyyəti göstəriblər.  Məlumatda bildirilir ki, həmyerlilərimizin həbs olunmasına əsas səbəb kimi qanuni valyutadəyişmə məntəqəsindən kənar qeyri-qanuni pul dövriyyəsi xidməti təklif etmələridir. Belə ki, onlar azərbaycanlılara yaxşı tanış olan və daha çox Rusiyadakı soydaşlarımızın istifadə etdiyi cəmi 1 faiz xidmət müqabilində “əlbəəl pul köçürməsi” faktında ittiham edilirlər. Qeyd edək ki, adətən bu cür pul köçürmələri xırda məbləği əhatə edir. Ona görə də qeyri-qanuni böyük pulköçürmə və korrupsiya istintaqında həmyerlilərimizin konkret hansı əməliyyatda suçlandığı müəmmalıdır və istintaq hələ də bu suala aydınlıq gətirmir. Xatırladaq ki, azərbaycanlıların həbsi ilə bağlı məlumatda Türkiyədə kağız üzərində qurulmuş 3 xəyali şirkətdən - “Cihan Kiymetli Madenler”, “Deniz Kiymetli Madenler” və “Kapital Kiymetli Madenler” – söhbət gedir. 2009-2012-ci illərdə Adəm G. və Vidadi B. tərəfindən qurulan bu şirkətlərin İran Millət Bankı vasitəsilə 87 milyard avro köçürülməsində yer aldığı, şirkətləri R.Zərrabın qurdurduğu və idarə etdiyi bildirilir. Belə məqamda “Qapalı Çarşı” valyuta mübadilə məntəqəsində fəaliyyət göstərən A.Nizami və H.Surxayın bu böyük əməliyyatdakı rolu müzakirə mövzusudur. Mənbənin bildirdiyinə görə, istintaqa cəlb olunan bu həmyerlilərimizin də daha çox İranla əlaqələri olduğu ittihamda yer alıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol