“Ağıllı” çarpayı təqdim olundu

“Sleep Number” şirkəti “CES 2014” sərgisində “x12” adlı yüksəktexnologiyalı çarpayı nümayiş etdirib. Çarpayı yuxu zamanı istifadəçinin vəziyyəti haqqında məlumatları toplayır və onları serverə yükləyir. Bundan sonra toplanılmış informasiya ilə tanış olaraq yuxunun mərhələləri və istirahət effektivliyi haqqında öyrənmək olar.“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Sleep Number x12” çarpayısı konstruksiyasındakı üfürülən yastıq dəsti sayəsində insan anatomiyasına sazlana bilər.“X12” çarpayısı artıq fevralda təxminən 8 min dollara satışa çıxarılacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















