• $
  • €
  • ₽
  • ₺
  • £

İrandakı partlayışda ölənlərdən 3-ü azərbaycanlıdır

İrandakı partlayışda ölənlərdən 3-ü azərbaycanlıdır
08.01.2014 22:22
Bu gün İranda film çəkilişi zamanı baş verən partlayış nəticəsində ölən 5 nəfərdən 3-ü azərbaycanlıdır. ANS-in hadisə yerində olan İran bürosunun məlumatına görə, hadisə Tehranla Qum şəhərləri arasında yerləşən kino şəhərciyidə qeydə alınıb. İran filmlərinin bir çoxu məhz burda çəkilir. Partlayış kinorejissor Məsud Dehnəməkinin “Mehraca yüksələnlər” filminin çəkilişi zamanı qeydə alınıb. “Film İran-İraq müharibəsi motivi əsasında hazırlanıb. Filminin çəkilişi zamanı baş verən güclü partlayışda 5 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb. Ölənlər kino şəhərciyinin rəhbəri Əli Əkbər Rəncbər, səhnə tərtibatçısı Cavad Şərifirad, çəkiliş rəhbərinin köməkçisi Rza Fərəci, səhnə tərtibatı rəhbərinin köməkçisi Murtuza Mövlayi və gözətçi Cəmşid Ehsanidir. Səhnə tərtibatçıları Həmid Şəhiri və Mehdi Muradi isə ağır yaralanıblar. İndi onlar xəstəxanada olsalar da vəziyyətləri olduqca ağırdır”. Ölənlərdən 3-nün azərbaycanlı olduğu bildirilir. Hadisəyə partlayıcı maddələrlə ehtiyatsız davranış səbəb olub. İran bürosunun məlumatına görə, beynəlxalq təşkilatlar tərfindən İrana tətbiq olunan embarqolar İran kinosuna da ağır təsir edib. Çünki İrana hərbi kino sahəsində istifadə olunan qondarma partlayıcı maddə idxal etməyə icazə verilmir və nəticədə rejissorlar filmlərdə həqiqi partlayıcı maddələrdən istifadə etmək məcburiyyətində qalırlar. Nəticə isə göz qabağındadır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol