• $
  • €
  • ₽
  • ₺
  • £

Ən yaşlı milyarder öldü

Ən yaşlı milyarder öldü
07.01.2014 09:51
Çinin  "Shaw Organisation" media korporasiyasının təsisçilərindən biri, milyarder, prodüser və filantrop Şao İfu 107 yaşında dünyasını dəyişib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Honqkonqdakı iqamətgahında, ailə üzvlərinin əhatəsində gözlərini əbədi yumub. Regionun ən varlı mediamaqnatının dəqiq doğum tarixi bəlli deyil. Nəvələrinin araşdırmasının nəticəsində bəlli olub ki, rəsmi sənədlərə görə, o, 1907-ci ilin noyabr ayında dünyaya göz açmışdı. 1924-cü ildə qardaşları ilə birgə Shaw Organisation şirkətini yaratmışdı. 50-ci illərin sonlarında Honqkonqda "Shaw Brothers Studio" kino şirkətini, 60-cı illərin sonlarında isə "Television Broadcasts" (TVB) telestudiyasını yaratmışdı. Bu telestudiya dünyanın media nəhənglərindədir. Şao İfu dünyada xeyriyyəçi kimi də tanınırdı. Həyatı boyu tibb və təhsil müəssisələri üçün milyonlarla pul ayırmışdı. 2002-ci ildə Asiyanın Nobel mükafatına da layiq görülüb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol