• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Ukraynanın şəhərlərinə hücumları nəticəsində 20 nəfər ölüb

Rusiyanın Ukraynanın şəhərlərinə hücumları nəticəsində 20 nəfər ölüb
25.06.2025 09:24

Ukraynanın Dnepropetrovsk vilayətinə iyunun 24-də edilən Rusiya hücumu nəticəsində 20 nəfər həlak olub, təxminən 300 mülki şəxs yaralanıb. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Serhiy Lysak məlumat verib.

Onun sözlərinə görə, Dnepr şəhərində 18, Samarda isə 2 nəfər ölüb. Regionda matəm elan olunub.

İyunun 25-nə keçən gecə və səhər saatlarında Nikopol şəhəri FPV dronlarla vurulub, xəsarət alan olmayıb.

Xarkov vilayətinin Kupyansk şəhərində idarə olunan aviabomba çoxmərtəbəli yaşayış binasını dağıdıb, beş mülki şəxs yaralanıb.

Xarkovda isə 7 ədəd “Şahed” pilotsuz təyyarəsi göndərilib.

Zərbələr mülki obyektə və yaşayış binasının yaxınlığına düşüb. Mer İqor Terexovun sözlərinə görə, bir nəfər xəsarət alıb.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol