• $
  • €
  • ₽
  • ₺
  • £

İranda qadın nazirin Bakı səfərindən sonra qalmaqal yaranıb

İranda qadın nazirin Bakı səfərindən sonra qalmaqal yaranıb
23.10.2025 09:02

İranın nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadəq Məlvacərd hava limanında çantasının yoxlanılmasından imtina etdiyinə görə ölkədə “Ərdəbilqeyt” adlandırılan siyasi qalmaqalın mərkəzinə çevrilib.

Prezident Məsud Pəzəşkianın kabinetində yeganə qadın nazir olan Sadəq, Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin “Şimal–Cənub” nəqliyyat dəhlizi üzrə görüşündə iştirak etdikdən sonra təyyarə ilə deyil, quru yolla Ərdəbilə qayıdıb.

Gömrükçülərin məlumatına görə, o, çantasının yoxlanmasına razı olmayıb və qəzəblə hava limanını tərk edərək “bu hava limanının qapılarını bağlatdıracağam” deyib.

Hadisədən bir gün sonra Ərdəbil hava limanının direktoru Məhəmməd Kəsəbi vəzifədən azad edilib.

Lakin İran Hava Limanları və Naviqasiya Şirkəti bu qərarın insidentlə əlaqəsi olmadığını bildirib.

Mühafizəkar deputatlar hadisə ilə bağlı araşdırma tələb edib, reformist media isə bunu qadın naziri hədəf alan siyasi hücum kimi qiymətləndirib.

Ekspertlərin fikrincə, qalmaqal ölkədəki islahatçılar və mühafizəkarlar arasında gedən mübarizənin tərkib hissəsidir.

Rəsmi mənbələr isə bildiriblər ki, “sionist yönümlü media” bu hadisəni Bakıya uğurlu səfəri və “Şimal–Cənub” layihəsində əldə olunan irəliləyişi gözdən salmaq üçün şişirdib.

Nazirin çantasında nə olduğu hələ də məlum deyil. Lakin analitiklər hesab edir ki, onun vəzifədən uzaqlaşdırılması ehtimalı azdır, çünki bütün nazirlər ali lider Ayətullah Xameneyinin təsdiqi ilə təyin olunur.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol