Ukrayna ATACMS raketləri ilə Rusiyadakı hərbi obyektləri vurub
Ukrayna Rusiyadakı hərbi obyektləri vurmaq üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə edib.Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusu Rusiyadakı hərbi obyektlərə dəqiq və hədəfəuyğun zərbələr endirib. Baş Qərargah bu addımı “Ukraynanın suverenliyini qorumaq istiqamətində sarsılmaz iradənin nümayişi” kimi qiymətləndirib.
Açıqlamada həmçinin qeyd olunur ki, qarşıdakı mərhələlərdə də uzaqmənzilli silahların, xüsusilə ATACMS raketlərinin istifadəsi davam etdiriləcək.